Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin rapid yarışları başa çatıb.
Ölkəmizi turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlsə də, sonrakı iki görüşdə amerikalı Fabiano Karuana və rusiyalı Daniil Dubova məğlub olub.
Beləliklə, aktivinə 7 xal yazdıran qrossmeysterimiz turniri 8-ci pillədə bitirib.
Xatırladaq ki, Anandla yanaşı, Yan Nepomnyaşı ilə Aniş Qirini mat qoyan Şəhriyar, Aleksandr Qruşukla xalı yarı bölüb. Karuana və Dubovdan başqa, Hikaru Nakamura, Yan-Kşiştof Duda və Vaşye-Laqrav zəka sahibizimi məğlub edib.
Turnir cədvəlinə 13 xalla fransalı Maksim Vaşe-Laqrav başçılıq edir.
Şahmatçılar sabahdan etibarən "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsi çərçivəsində blitz növündə mübarizə aparacaqlar.