AZ
Video yüklə

2 qələbə, 4 məğlubiyyət

4 baxış İdman xəbərləri
Voleybol üzrə qadınlardan ibarət milli komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıqlarını başa vurub.



Təlim məşq toplanışına Bakıda başlayan seçməmiz, daha sonra Bolqarıstan, Rusiya və Türkiyəyə yollanıb. Seçməmiz qardaş ölkədən turnirin təşkil olunacağı Braziliyaya yollanıb və sözü gedən məkanda da 1 həftləlik hazırlıq keçib.



Millimiz toplanış çərçivəsində bir neçə yoxlama oyununa da çıxıb. Braziliyanın "Esporte Pinheiros" klubu və Bolqarıstan millisini məğlub edən voleybolçularımız, bolqarıstanlılarla 2-ci görüşdə, türkiyəli həmkarları, həmçinin rusiyalı voleybolçulara 2 dəfə uduzublar.



Bu gün komandamız turnirinin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşür.



Xatırladaq ki, seçməmiz turnirin ilk görüşündə “D” qrupu çərçivəsində Dominikan Respublikası kollektivi ilə üz-üzə gələcək. Matç avqustun 1-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Avqustun 2-də zəriflərimiz meydan sahibləri ilə üz-üzə gələcəklər. Sambaçılarla oyunun start fiti 21:15-də səslənəcək. Ertəsi gün isə millimiz saat 17-dən etibarən kamerunlu həmkarları ilə münasibətləri aydınlaşdıracaqlar.



Qeyd edək ki, yalnız qrup birinciləri birbaşa 2020 Yay Olimpiya oyunlarına vəsiqə əldə edəcəklər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.