"Qarabağ"ın yeni qapıçısı qol da vurub

  • 10.06.2024
  • 0

"Qarabağ" klubu qapıçı transferi reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, 2024-25 mövsümü üçün ilk transferini gerçəkləşdirən "Qarabağ" Fabiyan Buntiçi heyətinə cəlb edib. 

 

 Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə klub arasında üç illik müqavilə imzalanıb.

 

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.