AZ
Video yüklə

Metroda boks turniri keçirilir

198 baxış İdman xəbərləri
Ukrayna-Rusiya müharibəsinin davam etdiyi Ukraynanın Xarkov şəhərində təhlükəsizlik məqsədilə metro stansiyasında boks turniri keçirilib.


Oxu24.com Ukrayna mediasına istinadən xəbər verir ki, “Ukrayna Müdafiəçiləri Metro Stansiyası”nda təhlükəsizlik məqsədilə keçirilən turnirdə Ukrayna Boks Milli Komandası və Xarkov Boks Komandası idmançıları iştirak edir.


Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib.


Sinegubov Xarkov vilayətini müdafiə edən əsgərlərin şərəfinə təşkil olunan turnirə vətəndaşların böyük maraq göstərdiyini vurğulayıb.


Ukraynanın ikinci böyük şəhəri Xarkovda bəzi insanlar təhlükəsizlik səbəbi ilə metro stansiyalarında qalmağa davam edir.

Turnirdən görüntüləri təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.