AZ
Video yüklə

Kloppdan koronavirusla bağlı suala maraqlı cavab

126 baxış İdman xəbərləri
“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp dünən İngiltərə kubokunun 1/8 finalında “Çelsi” ilə oyundan (0:2) sonra jurnalistin koronavirusla bağlı sualına maraqlı cavab verib. Offsideplus.az xəbər verir ki, hər zaman mətbuat konfranslarında özünəməxsus cavablar verən Klopp bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, alman mütəxəssis bu məsələnin ona aidiyyatı olmadığını deyib:



"Bu haqda futbol məşqçiləri yox, onun mütəxəssisləri danışmalıdır. Mənim siyasətdən, koronavirusdan anlayışım yoxdur. Niyə mənə belə sual verilir? Mən ki, beyzbol papağı taxan, saqqalı səliqəsiz biriyəm”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.