AZ
Video yüklə

İngiltərəli futbolçu azarkeşlə dalaşdı

3 084 baxış İdman xəbərləri
İngiltərə kubokunun 1/8 final mərhələsinin "Tottenhem" - "Norviç" (2:3) matçından sonra maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Tottenhem"in və İngiltərə millisinin futbolçusu Erik Dayer oyun bitdikdən sonra azarkeşlərdən biri ilə dalaşıb.

26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla dalaşıb. Onları stüardlar çətinliklə aralayıblar. Həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib
Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında "Norviç" 3:2 hesablı qələbə qazanıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.