AZ
Video yüklə

Hücumçu 2 dəfə qapıçı oldu, komandası penaltilərdə mərhələ adladı

55 baxış İdman xəbərləri
Türkiyə Kubokunda keçirilən “Hatayspor” – “Eyüpspor” matçında maraqlı hadisə yaşanıb. “Qafqazinfo” xəbər verir ki, hataylıların iki qapıçısı da qırmızı vərəqə aldığı üçün iki dəfə qapını hücumçu Mame Diuf qoruyub.

Əvvəlcə, qarşılaşmanın 90+4-cü dəqiqəsində Abdullah Yigiter qırmızı vərəq alıb. “Hatayspor” 5 oyunçu dəyişikliyi limitini istifadə etdiyi üçün Mame Diuf qapıya keçib.

Oyun əlavə vaxtda keçdiyi üçün meydan sahiblərinin daha bir dəyişiklik haqqı yaranıb. Nəticədə baş məşqçi qapıçı Yavuz Buğra Boyarı meydana buraxıb. Lakin o da 120+1-ci dəqiqədə meydandan qovulub. Mame Diuf penaltilər seriyasında da qapıçı olmaq məcburiyyətində qalıb.

Buna baxmayaraq “Hatayspor” penaltilər seriyasında 6:5 qalib gələrək növbəti mərhələyə adlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.