Azərbaycan futbolunun "Lex"dən alınan qisası

  • 13.07.2022
  • 0

Azarkeş hələ bir neçə gün də bu oyunun təsiri altında olacaq. Adi bir iş deyil, Azərbaycan çempionu Polşanın ən güclü komandasına 5 qolla qalib gəlib. Halbuki illər əvvəl bu aqibəti polyaklar bizim milli komandamıza, klublarımıza yaşadırdı. Elə həmin bu "Lex" 4 dəfə bizim komandaları - "Karvan", "İnter" və 2 dəfə "Xəzər Lənkəran"ı avrokuboklardan kənarlaşdırmışdı. "Qarabağ" bu qələbə ilə sanki "Lex"dən Azərbaycan futbolunun bütün qisasını aldı, heyfini çıxdı...
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini "Qarabağ" ın möhtəşəm qələbəsinə həsr edib.

Nə düşünürsən?