Avro-2020-nin seçmə mərhələsində növbəti matçını İslandiya yığmasına qarşı keçirəcək Türkiyə millisi səfərə yollanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ay-ulduzlular” səfərdə hörmətsizliklə qarşılanıb.
Komanda əvvəlcə hava limanında 3 saata yaxın gözlədilib.
Daha sonra Əmrə Belözoğlu jurnalistlərə açıqlama verən zaman ona tualet fırçası uzadılıb. Ardınca Türkiyə millisinin hücumçusu Burak Yılmaz da eyni hörmətsizliklə qarşılanıb.


































