AZ
Video yüklə

15 yaşlı idmançı Olimpiadanın tarixinə düşdü

26 baxış İdman xəbərləri
Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışının qısa proqramında Rusiya millisi qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, qızıl medalda əsas pay sahibi 15 yaşlı Kamilə Vəliyeva olub.

Milliyyətcə tatar olan Vəliyeva tarixə düşüb. O, buz üstündə dördlü tullanma edən 15 yaşındakı ilk qadın idmançı olub.

Qeyd edək ki, Kamilə Vəliyeva bu il Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatının da qızıl medalını qazanıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.