Qızının yerinə bütün günü məktəbdə keçirən amerikalı qadın

  • 12.06.2021
  • 0

ABŞ-ın El-Paso şəhərinin (Texas) sakini Keysi Qarsiya 13 yaşlı qızı Culinin yerinə məktəbə gəlib bütün günü orada keçirdikdən sonra həbs edilib.

O hudi, idman ayaqqabıları geyinərək üzünü tibbi maska ilə gizlədib. Sonra bütün dərslərə girib və hətta məktəbin aşxanasında yemək yeyib.

Sadəcə müəllimlərdən biri ona telefonunu çıxartdığına görə xəbərdarlıq edib. Başqa heç kim dəyişikliyi sezməyib.

Hətta məktəbin direktoru dəhlizdə onunla salamlaşan Keysini Culi sanıb.

Qadın öz “sərgüzəştlərini” videoya çəkib. “Cinayəti” dərslər bitdikdən sonra aşkarlayan məktəb polis əməkdaşlarını çağırıb.

Qarsiya qeyd edib ki, bu hərəkətə əl ataraq məktəblərdə təhlükəsizlik sisteminin heç bir işə yaramadığını göstərmək istəyib.

“Mən yeddinci sinif şagirdinə oxşayıram? İstənilən adam məktəbə girib burada qətliam həyaya keçirə bilər”, - deyə qadın əlavə edib.

Onu qanunsuz olaraq məktəbə girdiyi üçün həbs ediblər. Qadın məhkəmə qarşısına çıxacaq.

Nə düşünürsən?