AZ
Video yüklə

Zaqatalada restoran yanıb

19 baxış Hadisə və olaylar
Zaqatalada restoran yanıb.



Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, Zaqatala rayon sakini, Ayna Əhməd qızı Əliyevaya məxsus, ümumi sahəsi 260 kv/m olan restoranda yanğın olub.



Yanğın nəticəsində restoranın binasının dam örtüyü və bir-neçə otağın tavanı ümumilikdə 100 kv/m sahədə yanıb.



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən baş verən yanğın tam söndürülüb.



Binanın qalan hissəsi yanğından mühafizə edilib.



Yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənmə halı baş verməyib.



Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.