Astarada 29 yaşlı kişi meşədə intihar edib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Şümrüd kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Vasif Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun geri qayıtmamasından və telefon zənglərinə cavab verməməsindən narahat olan ailə üzvləri axtarışa başlayıb. Axşam saatlarında isə evlərinə yaxın meşə ərazisində V.Musayevin meyiti tapılıb. V.Musayev üç uşaq atası olub. Qohumlarının verdiyi məlumata görə, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş. Faktın təfərrüatlarını Astara prokurorluğu araşdırır.