Xəcalətdən utandığını deyən şəxsin adı guya Ayhandır. Amma özünü Türkiyə vətəndaşı kimi təqdim edən bu şəxsin əsl adı Tehrandır. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları onu dələduzluq yolu ilə taksi sürücülərini aldatdığına görə həbs ediblər. APA TV-nin xəbərinə görə, Elçin Bayramov adlı taksi sürücüsü noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə, daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına apardığını bildirib. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır: "Telefonu çəkmək adı ilə almışam. Digərindən isə 100 manat almışam. Guya üstümdə 100 dollardır, xırdalayıb verəcəyəm". Taksi sürücüsündən həmin pulu alan "Türkiyə vətəndaşı" pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən T.İsmayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.