Braziliyanın cənubunda sunami baş verib.
Bu barədə REN TV məlumat yayıb. Hadisə şahidləri bildirib ki, birdən tufan başlayıb, sahildə nəhəng dalğalar qalxıb.
Məlumata görə, dalğaların hündürlüyü üç metrdən çox olub. Sahildə istirahət edənlər yaxınlaşan dalğalardan dəhşətə gəlib və qaçmalı olublar. Təbii fəlakət geniş dağıntılara səbəb olub. Onlarla maşına, sahildəki bir çox binaya ziyan dəyib və ya tamamilə dağılıb.