AZ
Video yüklə

Sumqayıtda dəhşətli hadisə: Ölən var

13 baxış Hadisə və olaylar
Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində baş verib.

Hərəkətdə olan “Lexus” markalı avtomobil qarşısında olan “Opel” markalı avtomobilə dəyib. Zərbənin gücündən “Opel” markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

Ağır qəza nəticəsinə “Opel” markalı” avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.