Şok əməliyyat keçirildi: yüzlərlə hərbçi həbs olundu

  • 08.12.2020
  • 0

Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib. Publika.az xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb. Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş. FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb. İzmir Baş Prokurorluğu həmin şəxslər haqqında həbs qərarı çıxarıb. Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var.