AZ
Video yüklə

Şəmkirdə məktəbdə sinif yoldaşını öldürdüyü deyilən 11 yaşlı Nurlan danışdı

41 baxış Hadisə və olaylar
Ötən ilin aprelində Şəmkir rayonunun Çənlibel kənd məktəbində dünyasını dəyişən məktəblinin ölümündə günahlandırılan sinif yoldaşı danışıb. Bu barədə "Gəl, dərdini danış" verilişində məlumat verilib.



AzNews.az xəbər verir ki, 11 yaşlı Nurlan dünyasını dəyişən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu ilə aralarında heç bir düşmənçiliyin olmadığını bildirib. Onun sözlərinə görə, mübahisə zamanı Elgünü sadəcə itələyib. Bir müddət sonra isə onun öldüyünü eşidib. Baş verənləri göz yaşları içində danışan Nurlanın atası oğluna hazırda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıldığını bildirib.



Nurlanın anası dünyasını dəyişən Elgünü çox sevdiklərini, bu hadisənin onları dərindən sarsıtdığını qeyd edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.