AZ
Video yüklə

Şəkidə güclü külək fəsadlar törətdi

424 baxış Hadisə və olaylar
Şəkidə güclü külək irigövdəli ağacı aşırıb. APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Şəki rayonu ərazisində fasilələrlə güclü külək müşahidə edilir. Bu gün səhər saatlarında isə şəhərin Sabir Rəhman küçəsində, 8 saylı məktəbin qarşısındakı irigövdəli çinar ağacı kökündən çıxaraq aşıb. Nəticədə məktəbin divarı 25 metrə qədər məsafədə uçub. Qeyd edək ki, güclü küləklə əlaqədar elektrik təchizatında da fasilələr olub. Artıq davamlı elektrik təchizatı üçün tədbirlərə başlanılıb, axşam saatlarına qədər elektrik enerjisinin verilməsi tam bərpa ediləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.