Şəkidə dağlıq ərazidə yanğın söndürüldü
1 baxış
Hadisə və olaylar
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
FHN-dən APA TV verilən məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 50 hektar sahədə əsasən kol-kos və otluq ərazi yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində meşə zolağı yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.