Rusiya bazarı vurdu
524 baxış
Hadisə və olaylar
Rusiya Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Şevçenkove kəndindəki bazara raket zərbələri endirib.
Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, atəş S-300 zenit-raket kompleksindən həyata keçirilib.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov özünün Telegram kanalında bildirib.
Rusiyanın zərbəsi nəticəsində biri 13 yaşlı qız olmaqla 7 mülki şəxs yaralanıb. Bundan başqa 60 yaşlı qadın ölüb.
Sinequbovun sözlərinə görə, hadisə yerində bütün təcili yardım xidmətləri işləyir. Xilasedicilər dağıntılar altında qalanları xilas etməyə davam edir.
Tərcümə: Miri Məcidli

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.