Maşın transformatora çırpıldı - ANBAAN VİDEO

  • 09.01.2023
  • 0

Xırdalanda avtomobil transformatora çırpılıb.

Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

 

İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:

“Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb”.