AZ
Video yüklə

Quba sakini dostunu qətlə yetirdi

1 893 baxış Hadisə və olaylar
Quba sakini dostunu küt alətlə qətlə yetirib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Qubanın Alpan kəndində baş verib. Kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarda gəldiyindən yaxınları da narahat olmayıblar.
Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov tərəfindən qətlə yetirilib.
Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin ararsında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.
Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.