AZ
Video yüklə

Qəbələdə ağır cinayət hadisəsi baş verdi

23 baxış Hadisə və olaylar
Obyekt üstündə kiçik qardaş böyük qardaşını güllələyərək öldürüb. Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini 55 yaşlı Ramil Rəhimov böyük qardaşı, 61 yaşlı Azər Rəhimovu güllələyib. İddiaya görə, Azər Rəhimov istirahət mərkəzini müqavilə əsasında qardaşına verib. Lakin sonradan Ramil Rəhimov etibarnamə ilə işlətdiyi obyekti öz adına keçirib. Elə qardaşlar arasında mübahisə də buna görə başlayıb. İş məhkəməyə verilib. Məhkəmənin qərarına əsasən, obyekt yenidən Azər Rəhimova qaytarılıb. Buna əsəbləşən kiçik qardaş silaha əl atıb. Ağır xəsarətlər alan Azər Vəliyev dünyasını dəyişib. Ramil Rəhimov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.