QANDONDURAN hadisə: “30 min verib qızımın meyitini təhvil aldım”
26 baxış
Hadisə və olaylar
Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"da ağciyər çatışmazlığından vəfat edib.
Ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.
Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib. Ana mürəciətində xəstəxanaya olan 38000 manat pulun 30 min manatını ödəsə də, qalan 8min manata görə qızının cansız bədəni xəstəxanada girov saxlanılıb.
Onun sosial şəbəkələrdəki bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə təhvil verilib. Daha sonra videoda açıqlama verən ana 30 min ödədikdən sonra övladının meyitinn təhvil aldığını bildirib.
Qeyd edək ki, adı çəkilən xəstəxana da mövzu ilə əlaqədar olaraq açıqlama verərək bildirmişdir ki, prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının “maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.
Sonda isə bildirmək istəyirik ki, insanlıq bu qədərmi ucuzlaşıb?
Fikirlərinizi bildirməyi unutmayın!
Sədaqət Kazımova Yeni Media

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.