AZ
Video yüklə

Polis zabiti ilə kriminal avtoritet qız üstündə mübahisə etdi, 3 nəfər öldürüldü

42 baxış Hadisə və olaylar
Noyabrın 26-na keçən gecə Rusiyanın Armavir şəhərindəki restoranlardan birində atışma olub.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər qətlə yetirilib. Onlardan biri kriminal avtoritet, digəri isə "Rosqvardiya"nın polkovnikidir.

İlkin versiyaya görə, həmin şəxslər qız üstündə mübahisə edib, bundan sonra silahlar işə düşüb.

Qətli törədən Muxtar Malsyuqenov hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.