AZ
Video yüklə

Polis oteldə məşhurları tutdu

1 776 baxış Hadisə və olaylar
Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.
APA TV-nin xəbərinə görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.
oteli karantin qaydalarını pozmaqda ittiham edən izləyicilər şəkil və videoların da məhz oteldə dincələnlər tərəfindən yayıldığını qeyd ediblər.

Qeyd edək ki, oteldə istirahət edənlər arasında məşhur simalarda var. Bununla bağlı onlar özləri sosial media hesabında fotolar paylaşıblar.

Tanınmış aktrisa Mələk Heydərova və teleaparıcı Elçin Əlibəylinin həyat yoldaşı, jurnalist Dilrubə Vaqifzadə də sözügedən oteldə dincələnlər arasındadır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.