AZ
Video yüklə

Maşınlar yandı

709 baxış Hadisə və olaylar
Yerli sakinlər, binanın qarşısında yerləşən avtodayanacaqda baş verən yanğın hadisəsinin görüntülərini mobil telefon vasitəsi ilə çəkiblər. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 5-də gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin “Kondratev” prospektində qeydə alınıb.

Məlumata görə, hələlik naməlum səbəblərdən “Mercedes” markalı avtomobildə yanğın baş verib və alovlar daha sonra böyüyərək digər 3 nəqliyyat vasitəsində keçib. Alovlar, yanğınsöndürənlər tərəfindən söndürülsə də, 4 avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Bildirilir ki, insident zamanı xəsarət alan olmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.