AZ
Video yüklə

Oğlunun toyuna hazırlaşan ata özünü asıb

77 baxış Hadisə və olaylar
APA TV-nin məlumatına görə, hadisə rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində, yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Kənd sakinlərinin dediyinə görə, kənd imamının müavini işləyən Nadir Musayev son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.