İstanbul Dövlət Müasir Xalq Musiqi Cəmiyyətinin sənətçisi İsgəndər Küserman oğlu tərəfindən öldürülüb. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polisə təslim olan 18 yaşlı gənc, ifadəsində "Anama qışqırdı" deyib. İskender Küsermanın həyat yoldaşı ilə aralarında problem yaranıb. Bundan sonra oğlu Emiri də götürüb Çanaqqalaya gedib. 2 gün sonra qayıdan ana-bala Bakırköydəki evlərində qalmağa başlayıb. Dünən səhər İsgəndər Küserman həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Arvadına "Səni boşamayacam" deyərək qışqırmağa başlayan atasını oğlu Emir mətbəxdən götürdüyü bıçaqla boğazından ağır yaralayıb. Yerə yıxılan ata dünyasını dəyişib. Polisə anası ilə təslim olan 18 yaşlı Emir Küsermanın "Atam anama qışqırmağa başladı. Özümü itirdim. Bıçaqla boğazından vurdum. Bir anda oldu. Peşmanam" dediyi məlum olub.