AZ
Video yüklə

Neftçalada ağır qəza: dörd ölü

201 baxış Hadisə və olaylar
Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.



Sfera.az xəbər verir ki, "Ford tranzit” markalı sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.



Qəza zamanı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılardan 2 Cəlilabad. digərləri isə Salyan Mərkəzi xəstəxanasına yerləşdirilib.



İlkim ehtimala görə hadisəyə sürücünün yuxulu olması səbəb olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.