AZ
Video yüklə

Moskvada genişmiqyaslı anti-terror əməliyyatı

80 baxış Hadisə və olaylar
Rusiyanın paytaxtı Moskva şəhərində nəhəng anti-terror əməliyyatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, xüsusi təyinatlılar Moskvada və Rusiyanın bir sıra digər bölgələrində “Katib Tauhid val-cihad” terror təşkilatının 31 üzvünü saxlayıb.

Bildirilir ki, bu şəxslər öz sıralarına yeni insanları cəlb etmək və onları Suriyaya göndərməklə məşğul olublar.

Saxlanılan şəxslərdən qadağan olunmuş dini kitablar, təxribat yönümlü videomateriallar, elektron məlumat daşıyıcıları və bank kartları götürülüb.

Qeyd olunur ki, məsələ ilə bağlı cinayət işi başladılıb və bu istiqamətdə tədbirlər davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.