Məktəbdə düşən əlbəyaxa davanın təfərrüatları
18 baxış
Hadisə və olaylar
Bayılda yerləşən özəl məktəbin korpusunun həyətində dava düşüb.
Əlbəyaxa dava valideynlərdən biri ilə məktəbin mühafizəçisi arasında baş verib. Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə müvafiq kartın olmasının zəruriliyi barədə xəbərdarlıq etməsinə baxmayaraq, anası şagirdi turniketin altından keçirdərək aparıb.
Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib.
Məktəbdən verilən məlumata görə, dava zamanı Vətən Müharibəsi iştirakçısı olan və hazırda məktəbin mühafizəçisi işləyən şəxs müxtəlif bədən xəsarətləri alıb.
”Hadisə “Landau School” özəl məktəbində baş verib. Məktəbin işçilərinin sözlərinə görə, günah valideyndə olub və həmin şəxs məktəbə gələrək mühafizəçidən üzr istəyib”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.