AZ
Video yüklə

Məcburi köçkünlərin məskunlaşdığı evlər yandı - Yaralı var

24 baxış Hadisə və olaylar
Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.



Trend-in məlumatına görə, hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə baş verib.



Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.



Xəstəxanadan Trend-ə verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O, üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.