''Lotu Quli''yə qarşı təhqiramiz sözlər işlədən ''qanuni oğru'' İstanbulda qətlə yetirildi. Etibarlı mənbələrdən Criminal.az-a daxil olan məlumata görə, İstanbulda ''Dato Pankisskiy'' ləqəblu çeçen əsilli gürcü ''qanuni oğru'' David Alxanişvili qətlə yetirilib. Qeyd edək ki, Dato çeçen kriminal avtoritet Həmzət Qastəmirovla dostluq və qardaşlıq münasibətlərində olub. Hətta əldə etdiyimiz səs yazısından məlumdur ki, ölümündən bir neçə gün əvvəl Dato, sui-qəsd nəticəsində güllələnərək xəstəxanaya yerləşdirilən Şeyx Həmzətlə telefon danışığında bu xəbərə üzüldüyünü və hər zaman yanında olduğunu bildirir. Biz isə etik qaydalara uyğun olaraq səs yazısının müəyyən hissəsini sizlərə təqdim edirik. Səs yazısında Dato, qanuni oğru quli ilə bağlı xoşagəlməz ifadələr səsləndirib