Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində "Lotu Quli"yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər. Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir. РЕКЛАМА facebook.com Подробнее Native Video by Adributor Moskvadakı hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt" agentliyinə daxil olan məlumata görə, Zaur hər an sui-qəsdə məruz qala bilər. Bunu o, özü də gözəl başa düşür və məhz bu səbəbdən mühafizəsini gücləndirib. Bu arada o da məlum olub ki, "Lotu Quli" İstanbuldan Moskvada yerləşən “Medvedkovo” həbsxanasına zəng edib. Mötəbər mənbədən adıçəkilən agentliyə bildirilib ki, Quli kriminal aləmdə “Albert Rıjıy” kimi tanınan Əli Heydərova şəxsən zəng edərək onun "qanuni oğru" adını əlindən aldığını bildirib. “Albert Rıjıy”a bildirilib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq. Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğruları" Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur.