Lerikdə faciə - ölən var
168 baxış
Hadisə və olaylar
Dünən axşam saatlarında ölkənin şimal-qərb rayonları Balakən və Zaqatalada başlayan leysan yağışlar bir sıra fəsadlar törədib.
Yağışlar nəticəsində hər iki rayonun ərazisindən axan Katex, Balakən, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.
Balakən rayonu ərazisindən axan Balakən çayının məcrasından çıxması çayın sol sahilində yerləşən Kortala kəndini sel sularına məruz qoyub. Kənddə 60-a yaxın həyətyanı sahənin su altında qalması təssərrüfatlara ciddi ziyan dəyməsinə səbəb olub. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.
Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Hovtala kəndlərində kənd sakinlərinin həyətyanı sahələri sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib. Tala çayında suyun səviyəsinin artması səbəbindən rayonun 17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti dağılaraq yararsız hala düşüb.
Katex çayında suyun məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Mazıx kəndində bir çox evlərin həyatyanı sahəsinə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.
Sel fəlakəti zamanı Zaqatalada 53 yaşlı kişi Katex çayında boğularaq ölüb. Rayonun 1968-ci il təvəllüdlü Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyərkən baş verib. Çayda suyun çox olması səbəbindən və əraziyə texnikanın yaxınlaşması çətin olduğu üçün meyiti sudan çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin helikopteri və xilasediciləri cəlb edilib. Bu gün saat 15 radələrində Abdulbari Abdulxalıqovun nəşi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.