Kürdəmirdə fərdi yaşayış evi yanıb
2 baxış
Hadisə və olaylar
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsi, ev 14 ünvanında qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Elman Mikayıl oğlu Həmidova məxsus birmərtəbəli, üç otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Nəticədə 3 otaq 1 mətbəxdən ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğına elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.