AZ
Video yüklə

İmişlidə yanğın baş verib

112 baxış Hadisə və olaylar
İmişlidə fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı xəsarət alan yaralanan olmasada ev yararsız hala düşüb.

REAL xəbər verir ki, yanğın hadisəsi saat 12 radələrində İmişli rayonu Qaralar kəndində qeydə alınıb. Adı çəkilən kənd sakini Mehdiyev Mehdi Əziz oğluna məxsus evdə başalayan alov anidən güclənib.

Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan bir mərtəbə və altı otaqlı evin 100 kvadratmetri yanar kanstruksiyaları ilə birlikdə yararsız hala düşüb, qalan 50 kvadratmetr hissə yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.