Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil oğurlanıb. Hadisə Heydər Əliyev prospektində ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb. 55 yaşlı Mingəçevir sakini Azər Müzəffərov polisə bildirib ki, axşam saatlarında həmişə olduğu kimi dükanındakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq Vaz 2107 markalı avtomobilinə qoyub və maşını işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Polis şikayətlə bağlı araşdırmaya başlayıb.