İraqda İŞİD terror təşkilatı üçün partlayıcıları avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən “İbrahim” ləqəbli terrorçu Türkiyədə ələ keçib. Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində o, Ankaradakı evində saxlanılıb. Terrorçunun evindən 1 ədəd mobil telefon, 4 ədəd SİM-kart və təşkilata aid məlumatların olduğu dəftər götürülüb. Onun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar müəyyən edilib. Faktla bağlı istintaq aparılır.