AZ
Video yüklə

Honqkonqda ticarət mərkəzində yanğın

6 baxış Hadisə və olaylar
Honqkonqda yerləşən “Dünya Ticarət Mərkəzi”ndə (World Trade Center) yanğın başlayıb.

“Qafqazinfo” “Dimsum Daily” portalına istinadən xəbər verir ki, yanğın Bakı vaxtı ilə 08:00 radələrində başlayıb.

Bununla yanaşı, 100-ə yaxın insan beşinci mərtəbənin yaxınlığında açıq platformada, 350 nəfər isə binanın yuxarı hissəsində köməksiz qalıb. Hələ ki, 8 nəfərin xəsarət aldığı məlumdur.

“Dünya Ticarət Mərkəzi”ndə mağaza, restoran və ofislər yerləşir. Təmir səbəbindən binanın dayanacağından 5-ci mərtəbəyə qədər ərazi bağlı olub və buradakı ticarət məntəqələri fəaliyyət göstərməyib.

Yanğının birinci mərtəbədə yerləşən texniki otaqda baş verdiyi və buradan yayıldığı təxmin edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.