AZ
Video yüklə

Gəncədə yaşayış binasında yanğın olub

10 baxış Hadisə və olaylar
Gəncədə yaşayış binasında yanğın olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Beşmərtəbəli binanın 5-ci mərtəbəsində Orxan Rzayevə məxsus evdə anidən yanğın başlayıb. Hadisə yerinə dərhal FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 4 maşını və 20 canlı qüvvəsi cəlb olunub.

Yanğının qonşuluqdakı evə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yüngül xəsarət alıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xətlərindəki qısaqapanma olub. Hadisənin səbəbi araşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.