AZ
Video yüklə

Gəncədə qadın yanaraq ölüb

15 baxış Hadisə və olaylar
Gəncə şəhərində mənzildə yaşlı qadının meyiti tapılıb.



"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb.



Belə ki, birinci qrup əlil Taisiya Aleksandr qızı Kambulovanın yanmış meyiti evdə aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.



Mərhumun hadisə zamanı evdə tək olduğu bildirilir.



Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.