AZ
Video yüklə

Gəncədə dəhşətli qətl törədildi

69 baxış Hadisə və olaylar
Gəncədə ər arvadını qətlə yetirib.

APA TV xəbər verir ki, hadisə şəhərin ikinci hissə adlanan qəsəbəsində, Ərdəbil küçəsində qeydə alınıb. 32 yaşlı Gülzar Vahid qızı Həsənova bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Qadının həyat yoldaşının qətlə yetirdiyi məlum olub. İsti izlərlə qətli törətməkdə şübhəli bilinən ər – 37 yaşlı Sabir Əli oğlu Şabanov saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Qonşular ailədə indiyədək münaqişə yaşanmadığını bildiriblər. Gülzar Həsənova şəhərin səhiyyə ocaqlarından birində çalışıb və 7 yaşlı övladı var.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.