AZ
Video yüklə

Əsgər 5 nəfəri güllələdi - Anbaan görüntülər

502 baxış Hadisə və olaylar
Ukraynanın Dnepr şəhərində yerləşən hərbi hissələrin birində hərbi qulluqçu xidmət yoldaşlarına atəş açıb.

Milli Qvardiyanın hərbi qulluqçusu Artem Ryabçuk silah saxlanılan otaqdan avtomat və patron götürüb və “Yujmaş” zavodunun ərazisində gözətçi dəstəni güllələyib. Nəticədə, 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

Bildirilir ki, ölənlər arasında bir qadın da var və o, zavodun əməkdaşı olub. Milli Qvardiyanın bir qadın hərbi qulluqçusu isə yaralanıb. Qadına tibbi yardım göstərilməsinə baxmayaraq, o da dünyasını dəyişib.

Əsgər Artem Ryabçuk Dnepr yaxınlığında bir kənddə saxlanılıb. Onun insanlara hansı səbəbdən atəş açması hələ məlum deyil.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.