Ermənistanda ara qarışdı
1 106 baxış
Hadisə və olaylar
Ermənistanda silahlı insident olub. Bu barədə Oxu24.com “Shamshyan.com”a istinadən xəbər verir. Məlumata görə, hadisə Qeqarkuniksk vilayətində baş verib. Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb. Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir. Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.