AZ
Video yüklə
Terror oldu: Xeyli sayda ölən  var
18+

Bu video 18 yaşdan yuxarı izləyicilər üçündür.

Ana səhifəyə qayıt

18+ Terror oldu: Xeyli sayda ölən var

641 baxış Hadisə və olaylar
Suriyanın şimal-qərbindəki Afrin rayonunda yanacaq sisterninin YPG/PKK terrorçuları tərəfindən partladılması nəticəsində azı 40 dinc sakin həlak olub, daha 47 nəfər xəsarət alıb.

Oxu24.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

Nazirliyin məlumatına görə, ölənlərdən 11-i uşaqdır.

Bildirilir ki, partlayış Afrinin inzibati mərkəzinin ən izdihamlı küçələrindən birində – Raca prospektində olub. Hadisə zamanı ətrafdakı binalara ciddi zərər dəyib, yaxınlıqda yerləşən avtomobillər yanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı güman edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.