Gəncədə bıçaqlanma olub. APA-nın yerki bürosunun verdiyi məlumata görə, şəhər sakini 1999-cu il təvəllüdlü Quliyeva Sevinc Telman qızı çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. O dərhal cərrahi əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bir azyaşlı övlad anası olan S.Quliyeva bir il əvvəl boşandığı həyat yoldaşı tərəfindən şəhərin Atatürk prospektində işlədiyi marketdə bıçaqlanıb. Hadisənin şəxsi münaqişədən qaynaqlandığı bildirilir. Məlumata görə, cinayət törədən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.