AZ
Video yüklə

Bu rayonda sakin Kürdə çimərkən boğuldu

1 191 baxış Hadisə və olaylar
Şəmkirdə bir nəfər Kürdə batıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Gəncə sakini, 1998-ci il təvəllüdlü Elman Əhmədov Kürdə çimərkən batıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti Samux rayonu ərazisində, Yenikənd su anbarı yaxınlığında tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.